Bu ağac hər an aşa bilər... - Fotolar - Yenilənib

bu-agac-her-an-asa-biler
Oxunma sayı: 2010

“Məhəllədə ağac aşıb, az qala, yerə dəyir. Təhlükəli vəziyyət yaranıb, keçib-getməyə, maşın saxlamağa ehtiyat edirik”.

Bu şikayətlə “Qafqazinfo”ya Bakının Nəsimi rayonu 5-ci mikrorayon 20 yanvar küçəsi 116 ünvanında yaşayan sakinlər müraciət ediblər. 

Onların sözlərinə görə, təhlükə ilə bağlı aidiyyəti orqanlara dəfələrlə müraciət olunsa da, problem həllini tapmayıb. 

Məlumat üçün bildirək ki, yerli icra hakimiyyəti orqanı öz ərazisində yerləşən, qəzalı vəziyyətdə olan ağacla bağlı rəy alınması üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət etməlidir. Agentlik baxış keçirərək ağacın vəziyyəti haqqında rəy verməlidir. Ağaca aqrotexniki qulluq göstərilməsi, bərpa olunması, budanması isə Rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin səlahətindədir.

***

Problemlə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, sözügedən ünvanda ağacın aşma təhlükəsi yaratması ilə bağlı müraciətə RİH-də baxılıb.

Bildirilib ki, müvafiq tədbirlərin görülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə məktubla müraciət edilib. 

Həmin fotoları təqdim edirik: