“Bu, Azərbaycan futbolunun yaralı yeridir” - Video

bu-azerbaycan-futbolunun-yarali-yeridir
Oxunma sayı: 331

“Bu, Azərbaycan futbolunun yaralı yeridir. Əgər U-19 komandamızda fərq bu qədər hiss olunursa, 4-5 il sonra bu cür oyunlarda hansı səviyyədə olacaq?”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ayaks”la keçirilən (2:4) qarşılaşma sonrası “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasında buraxdığı 30 qol haqqında danışarkən deyib.

“Bu bizim üçün gələcəkdə böyük təhlükədir. Bəlkə kənardan vuruşmağımız, nəticələrimiz bizi aldadır, amma gələcəyə baxsaq, fərq çox böyüyə-böyüyə gedir. 4-5 ildən sonra bunun sonu necə olacaq, bilmirəm...

Biz mütləq “Qarabağ” olaraq, şəraitimizi yaxşılaşdırmalıyıq, daha diqqətli olmalıyıq. Bizim U-19 komandamızın çoxu daha cavan idi. 17-18 yaşları var idi. İlk dəfə idi belə turnirdə oynayırlar. Amma bu cür klubların futbolçuları beynəlxalq turnirlərdə oynayıb, böyüyə-böyüyə oynayırlar. Onlar 17 yaşından bu cür turnirlərdə iştirak edirlər.

Avropa futbolu, gənc, uşaq futbolu dedikdə, ilk ağla gələn “Ayaks”dır. Onların şəraitdən danışılası deyil. O klubun şəraiti bizim bəlkə də Azərbaycan futbolunun şəraitindən daha üstündür. Bir neçə klubda olmuşam, akademiyalarına baxmışam. “Barselona”nın, “Çelsi”nin, “Borussiya”nın... Yan-yana qoyulası deyil. Çalışıb əziyyət çəkməli, pozitiv yanaşmalı, inamla baxmalıyıq gələcəyə, amma fərq çox böyükdür”, – deyə o söyləyib.