Məşhur anonim küçə rəssamı Benksi (Banksy) Londonun mərkəzindəki Vaterloo meydanında heykəl ucaldıb.
“Qafqazinfo” xəbər verir ki, heykəlin onun əl işi olduğunu anonim rəssam sosial şəbəkə hesabında paylaşdığı video ilə təsdiq edib.
Videoda işçilərin gecə saatlarında heykəli quraşdırması göstərilir.
Abidə kostyum geyinmiş, postamentdən enən bir kişini təsvir edir. Həmin fiqurun üzü bayraqla örtülüb, heykəlin aşağı hissəsində isə “Banksy” imzası həkk olunub.
Abidə yerli sakinlərin və turistlərin marağına səbəb olub. Heykəl britaniyalı xadimlərin, o cümlədən kral VII Edvard və kapitan Robert Skottun abidələri arasında ucaldılıb.


Son xəbərlər
Son Xəbərlər