“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanda (söhbət KTMT müşahidəçilərindən gedir – red.) müttəfiq yox, sülhməramlı kimi iştirak edəcəkdi: beləliklə, Ermənistan özünün təhlükəsizlik təminatları sistemindən kənarda qalacaqdı”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2023-cü ilə dair hökumətin hesabatını təqdim edərkən deyib.
Onun sözlərinə görə, KTMT sülhməramlılarının yerləşdirilməsi Ermənistanda marionet hökumətin yaradılmasına gətirib çıxarardı.