“Bu forum bizə düzgün qərarlar qəbul etməyə yardım göstərə bilər”

bu-forum-bize-duzgun-qerarlar-qebul-etmeye-yardim-gostere-biler
Oxunma sayı: 1307

Qlobal Bakı Forumu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsinə və ümumi gələcəyimizin təmin edilməsinə yönəlmiş düzgün qərarların qəbul edildiyi mühüm platformadır.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu “SDSN Black Sea”nin sədri Nikolaos Teodosiu bildirib.

Onun sözlərinə görə, bu tədbir dünyanın ən böyük forumlarından biridir: “Son dörd ildir ki, mən bu forumda iştirak edirəm. Burada nüfuzlu insanlar, alimlər, diplomatlar iştirak edirlər. Odur ki, bizim qlobal problemlərin həlli yollarını tapmaq üçün yaxşı imkanlarımız var”.

N.Teodosiu vurğulayıb ki, o, BMT şəbəkəsini təmsil edir, onun məqsədi DİM-ləri həyata keçirmək və bu istiqamətdə işləri dəstəkləməkdir: “Bilirik ki, biz çox geridəyik və hələ çox iş görməliyik. Bu forum bizə vaxtında və düzgün qərarlar qəbul etməyə yardım göstərə bilər”.