Almaniya kansleri Fridrix Merts Türkiyəyə ilk rəsmi səfəri zamanı baqajını və şəxsi əşyalarını özü daşıyıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntülər sosial mediada geniş müzakirəyə səbəb olub.
ABŞ və Çindən sonra dünyanın üçüncü ən böyük iqtisadiyyatına malik ölkənin kansleri olan Merts ötən ilin may ayında vəzifəsinin icrasına başlayıb. Türkiyəyə ilk səfəri çərçivəsində o, Ankaraya gedib.
Rəsmi təyyarə ilə Türkiyəyə gedən Merts baqajını, sənədlərini və noutbukunu özü daşıması ilə diqqət çəkib.

Son xəbərlər
Son Xəbərlər