Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gələcək.
“Qafqazinfo” xəbər verir ki, turnirin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutacaq.
Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
“Qarabağ”ın 1-ci təsnifat mərhələsində mümkün rəqiblərinin tam siyahısı belədir:
- “Jilina” (Slovakiya);
- “Voyvodina” (Serbiya);
- “Universitatya Kluj” (Rumıniya);
- “Alüminiy” (Sloveniya);
- “Derri Siti” (İrlandiya);
- “Vestri” (İslandiya).
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər