Bu hərəkəti müzakirə yaratdı - Foto

bu-hereketi-muzakire-yaratdi
Oxunma sayı: 256

ABŞ Prezidenti Donald Trampla Böyük Britaniya Kralı Çarlz arasında baş verən bir jest beynəlxalq mediada müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Trampın kralın çiyninə toxunması kral protokolunun pozulması kimi qiymətləndirilib.

Hadisə Kral Çarlz və Kraliça Kamillanın ABŞ-yə səfəri çərçivəsində Ağ Evdə keçirilən rəsmi qarşılanma mərasimində baş verib. Onları Prezident Tramp və Birinci xanım Melaniya Tramp qarşılayıb.

Fotosessiyadan sonra Ağ Evə doğru hərəkət zamanı Trampın Kral Çarlzın çiyninə toxunaraq, onu istiqamətləndirməsi diqqət çəkib. Kral protokoluna görə, monarxla fiziki təmasın, adətən, kral ailəsi tərəfindən başlanması gözlənilir. Bu səbəbdən jest qayda pozuntusu kimi dəyərləndirilib.

Bədən dili mütəxəssisləri isə bu hərəkətin yalnız protokol çərçivəsində deyil, həm də siyasi jest kimi qiymətləndirilə biləcəyini bildirirlər. Onların fikrincə, bu cür toxunuş isti münasibət və “siyasi yaxınlıq mesajı” ifadə edə bilər.

Məlumatlara görə, Kral Çarlz bu vəziyyətdən narahat görünməyib və ümumilikdə rəsmi görüş zamanı daha rahat davranışı ilə seçilib. Bu baxımdan o, anası Kraliça II Elizabetlə müqayisədə daha yumşaq yanaşma nümayiş etdirir.

Qeyd edək ki, bu, Trampın kral protokolunu pozması ilə bağlı ilk hal deyil. 2018-ci ildə Böyük Britaniyaya səfəri zamanı onun Kraliça Elizabetin önündə getməsi tənqidlərə səbəb olmuşdu. Həmçinin ötən il Londonda Kral Çarlzın qolundan tutması da oxşar müzakirələr doğurmuşdu.