Bu içki qaraciyər xərçənginin inkişaf riskini 2 dəfə aşağı sala bilər

bu-icki-qaraciyer-xercenginin-inkisaf-riskini-2-defe-asagi-sala-biler
Oxunma sayı: 3745

Kofe qaraciyər xərçənginin inkişaf riskini iki dəfə aşağı sala bilər. “Qafqazinfo”nun “MedicalXpress”ə istinadən məlumatına görə, bu qənaətə Kvins Universitetininin alimləri gəlib.

Alimlər 7 il ərzində 472 min insanın iştirakı ilə təhqiqat aparıb. Onların 75%-dən çoxu müntəzəm olaraq üyüdülmüş və ya qarışdırma kofedən istifadə edib.

Təhqiqatlara əsasən, kofe sevənlərdə bu növ onkologiyanın inkişaf riski 50% aşağı olub. Təhqiqatçıların sözlərinə görə, kofenin orqanizmə müsbət təsiri onun tərkibində olan antioksidant və kofeinlə bağlıdır.