“Bu iki hakimdən canımı qurtara bilmirəm” - Rəşad Sadıqov+Video

bu-iki-hakimden-canimi-qurtara-bilmirem
Oxunma sayı: 1991

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 23-cü turunda “Neftçi”yə qarşı keçirilən oyundan danışıb. 

“Qafqazinfo” xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında hakimlərdən şikayətlənib:

“Bizim qol vurduğumuz epizodda Qismət Alıyev topa oynayır. Rəqib oyunçu ayağını gətirib qoyur onun ayağının qarşısına. Qismət uçamalıdır orda? Mənə maraqlıdır ki, həmin qol bizim qapıya sayılsaydı, necə olacaqdı? Bizim oyunların əksəriyyətində Rəşad Əhmədov və Rauf Cabbarov təyinat alır. Heç cür bu iki hakimdən canımı qurtara bilmirəm”.