Bu işıqforlarda “yaşıl dalğa” tətbiq olunur - Foto

bu-isiqforlarda-yasil-dalga-tetbiq-olunur
Oxunma sayı: 2308

Bakı Nəqliyyat Agentliyi hazırda sıxlıq müşahidə olunan küçələrin adlarını açıqlayıb. 

“Qafqazinfo” Agentliyə istinadən xəbər verir ki, hazırda Üzeyir Hacıbəyov- Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində təmir işləri aparılır. Bu səbəbdən yolda sıxlıq müşahidə edilir.

Agentlikdən həmçinin bildirilib ki, nəqliyyat axınını tənzimləmək üçün NİİM tərəfindən Ü.Hacıbəyov küçəsində işıqforlarda “yaşıl dalğa” tətbiq edilir.