Bu ölkə tamamilə qaranlığa qərq oldu - Tək ümidləri Günəşdir - Fotolar

bu-olke-tamamile-qaranliga-qerq-oldu
Oxunma sayı: 1789

Kuba ABŞ sanksiyaları və neft axınının kəsilməsi nəticəsində dərin enerji böhranı ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, ölkədə uzun müddət davam edən elektrik kəsintiləri kubalıları alternativ enerji mənbələrinə yönəldib və son zamanlar günəş panellərinə maraq artıb.

Hökumətin açıqlamasına görə, damlara quraşdırılan günəş panelləri əsas gündəlik ehtiyacları ödəməyin bir yoludur. Fevralın əvvəlində prezident administrasiyası  Sovet İttifaqının dağılmasından sonra 1990-cı illərdə yaşanan “xüsusi dövr” böhranına bənzər vəziyyətlə bağlı təcili tədbirlər elan edib.

Kuba  Baş nazirinin müavini Oskar Perez-Oliva Fraqa hökumətin prioritetinin, əsasən, günəş enerjisi parklarının tikintisini davam etdirmək olduğunu bildirib.

Venesuela Kubanın ən böyük yanacaq tədarükçüsü olsa da, ABŞ Venesuela lideri Nikolas Maduronu həbs etdikdən sonra Kubaya neft daşınması tamamilə dayandırılıb.

Meksika da ABŞ-nin əlavə tarif təhdidi səbəbindən Kubaya neft tədarükünü dayandırmağa məcbur olub. Bu, ada dövlətində artıq uzun illər yaşanan elektrik kəsintiləri, ərzaq çatışmazlığı və iqtisadi durğunluğu daha da ağırlaşdırıb.

Beynəlxalq yardım təşkilatları mart ayında Kubaya humanitar yardım çatdırmağı planlaşdırır. Yardımın elektrik və enerji sahəsində vəziyyətin yumşaldılmasına dəstək verməsi gözlənilir.

Qaranlığa qərq olmuş ada ölkəsində ictimaiyyət günəş enerjisinə artan marağın ölkənin enerji asılılığını azaltmaqda mühüm rol oynayacağına ümid edir.