Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü - Fotolar

bu-olkede-40-il-sonra-qar-rekordu
Oxunma sayı: 971

Yaponiyada həftələrdir davam edən güclü qar fırtınaları ölkədə həyatı iflic edib.

“Qafqazinfo” Yaponiya Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına istinadən xəbər verir ki, 20 yanvardan bəri 45 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Ən çox tələfat şimal-qərbdəki Niigata bölgəsində qeydə alınıb. Burada 17 nəfər həlak olub, 170-dən çox şəxs yaralanıb.

Aomori və Vakkanaidə, eləcə də, digər şimal şəhərlərində yollar bağlanıb, ictimai nəqliyyat dayandırılıb, çoxsaylı avtomobillər qarla örtülmüş yollarda qalıb.

Yaponiya Meteorologiya Agentliyi qərb və şimal sahil bölgələrində qarın daha da güclənəcəyi barədə xəbərdarlıq edib.

Yapon dənizi sahilində bəzi ərazilərdə qarın qalınlığı 4,5 metrə çatıb. Bəzi yaşayış məntəqələrində 1986-cı ildə ölçülmüş 181 santimetrlik rekord qırılıb.

Hökumət yerli hakimiyyət orqanlarına insan itkisinin və qəzaların qarşısını almaq üçün bütün resursları səfərbər etməyi tapşırıb.