Bu ölkədə qəbilələr yay-oxla küçə döyüşünə çıxdılar - Video

bu-olkede-qebileler-yay-oxla-kuce-doyusune-cixdilar
Oxunma sayı: 1476

Papua Yeni Qvineyada iki düşmən qəbilə küçədə ox və yaylardan istifadə edərək, qarşıdurmaya girib.

“Qafqazinfo” “The Sun”a istinadən xəbər verir ki, hadisə ətrafdakıların gözü önündə olub.

Görüntülərdə onlarla kişinin dar yol boyunca bir-birinə doğru irəlilədiyi, bir-birilərinə ox və yaylarla hücum etdiyi görünür. Hadisədə xəsarət alan və ya ölən olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Məlumata görə, ölkədə ictimai yerlərdə odlu silah daşımaq qadağan edildiyi üçün qəbilələr ənənəvi silahlara üstünlük verirlər. Papua Yeni Qvineyada qəbilələr arasında qarşıdurmalar, əsasən, torpaq mübahisələri və seçki dövrlərində baş verir.