“Bu qədər adamın oyuna gəlməsinin səbəbi “Qarabağ” deyil, “Neftçi”dir” - Video

bu-qeder-adamin-oyuna-gelmesinin-sebebi-qarabag-deyil-neftcidir
Oxunma sayı: 5818

“Komandamdan çox razıyam, fərqli “Neftçi”ni izləyirik. Bu gün bu qədər adamın oyuna gəlməsi əsla və əsla “Qarabağ” və onların oynadığı oyun deyil, bunun səbəbkarı “Neftçi”dir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov bu gün baş tutan “Qarabağ”-“Neftçi” oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

“Hamıya ümid vermişdi və bu ümid davam edir. Çox yaxşı komanda qururuq və fikirləşirəm ki, pis oynamadıq. Bəzi oyunçular meydançada çox yaxşı idilər. Bəli, bəzi planlar pozuldu, amma komanda yaxşı idi. Nəyi daha yaxşı edə bilərik deyə onun üzərində işləyib yolumuza davam edəcəyik”, – deyə o, söyləyib.