Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən daha birinin cəsədi Sarıyer rayonunun Ayazağa bölgəsindəki körpünün altında aşkarlanıb.
Bununla da, təbii fəlakət qurbanlarının sayı dörd nəfərə yüksəlib. Hazırda qalan üç itkin düşmüş şəxsin axtarışları davam etdirilir.
Qeyd edək ki, Türkiyənin bir sıra şəhərlərində bir neçə gündür davam edən fasiləsiz yağışlar ciddi fəsadlara səbəb olub. Daha əvvəl Fatihdə 14, Sarıyerdə 34, Kağıthane bölgəsində isə 40 yaşlı şəxsin təbii fəlakətin qurbanı olduqları açıqlanıb. İstanbulla yanaşı, Kocaeli, Yalova, Sakarya, Zonquldak və Düzce vilayətlərində bütün təhsil müəssisələrində dərslər dayandırılıb.

Son xəbərlər
Son Xəbərlər