ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkof və Cared Kuşnerin Moskvaya səfəri irəliyə doğru atılmış bir addım oldu.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna bildirib.
“Düşünürəm ki, bu, düzgün istiqamətdə atılmış irəliyə doğru bir addımdır. ABŞ Prezidenti sülh sazişi istədiyini açıq şəkildə bildirib”, - deyə siyasətçi qeyd edib.
Qeyd edək ki, ötən həftə Uitkof və Kuşner Moskva və Kiyevə səfər ediblər.
Səfərlər zamanı onlar Rusiya lideri Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparıblar. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov amerikalı nümayəndələrlə söhbəti konstruktiv və məzmunlu kimi qiymətləndirib.
Son xəbərlər
Son Xəbərlər