Bu şənbə-bazardan başlayaraq avtobuslar və metro işləyəcək

bu-senbe-bazardan-baslayaraq-avtobuslar-ve-metro-isleyecek
Oxunma sayı: 1006

2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.

Bakı metrosunun həftəsonları üçün iş rejimi açıqlandı