Bu tarixlərdə məktəblərdə dərs olmayacaq

bu-tarixlerde-mekteblerde-ders-olmayacaq
Oxunma sayı: 18161

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq Qərarına əsasən, 2024-cü ilin 12 aprel iş günü ilə müvafiq olaraq 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Bu barədə “Qafqazinfo”ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qeyd edilənləri nəzərə alaraq, 5 günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 15 aprel tarixidir.

6 günlük qrafiklə işləyən müəssisələrdə isə bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 12 aprel tarixidir.