Bu yolda hərəkət məhdudlaşdırılır

bu-yolda-hereket-mehdudlasdirilir
Oxunma sayı: 3365

Aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət yaxın saatlarda müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Qafqazinfo"ya verilən məlumata görə, məhdudlaşma bir hərəkət zolağı üzrə tətbiq edilir. Digər zolaqlar üzrə hərəkətdə hər-hansı məhdudiyyət olmayacaq. Buna baxmayaraq, ərazidə sıxlığın baş verməməsi üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.

Qeyd edək ki, sözügedən yol bu ilin martında aparılan təmir-bərpa işlərindən sonra istifadəyə verilmişdi.