Budaq Nəsirov oynadı, komandası xal qazandı

budaq-nesirov-oynadi-komandasi-xal-qazandi
Oxunma sayı: 1918

Bu gün Portuqaliya Sequndasında XIX tura start verilib. “Qafqazinfo” xəbər verir ki, turun açılış matçı derbi ilə yadda qalıb.

Belə ki, “Benfika”nın B komandası doğma azarkeşləri önündə millimizin yarımmüdafiəçisi Budaq Nəsirovun formasını geyindiyi “Sportinq”in B komandasını qəbul edib.

Əzəli rəqiblərin qarılaşmasında bərabərlik qeydə alınıb. Matçda hesab açılmayıb.

Gənc futbolçumuz bu matçda da forma geyinmək hüququ qazanıb. Budaq matçın 73-cü dəqiqəsində rəqib futbolçu Kalaikanın sarı vərəqə almasına səbəb olub.

Qeyd edək ki, bu, Nəsirovun “Sportinq”in heyətində keçidiyi 11-ci oyun olub. Budaq bunadək keçirdiyi qarşılaşmalarda 1 qol vurmağı bacarıb.