Bulvarda çökmə olub - Foto

bulvarda-cokme-olub
Oxunma sayı: 4374

Sosial şəbəkələrdə Dənizkənarı Bulvar ərazisində çökmə baş verdiyini əks etdirən fotolar yayılıb. Sözügedən çökmənin Bakı Kristal Zalın yanındakı ərazidə qeydə alındığı deyilir. 

“Dənizkənarı Milli Park” MMC-nin direktoru Rafael Niftəliyev məsələylə bağlı “Qafqazinfo”ya açıqlama verib.

O qeyd edib ki, çökmə hadisələri zamanla bulvar ərazisinin ayrı-ayrı hissələrində baş verir: “Buna ərazinin sahilətrafı yer olması, həm də relyef təsir edir. Ancaq mütəmadi olaraq briqadalarımız bulvar ərazisində işləyir. Onlar çökmə baş verən əraziləri bərpa edirlər. Həmin ərazi də bərpa ediləcək”.

Günel Türksoy