“Buna görə çox təəssüflənirəm” - Ronaldo

buna-gore-cox-teessuflenirem
Oxunma sayı: 3022

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Əl-Nəsr”ə gec keçdiyi üçün peşman olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Roya News” məlumat yayıb.

“Əl Nəsr”də özümü çox yaxşı hiss edirəm. Əvvəllər “Əl-Nəsr”ə qoşulmadığım üçün çox təəssüflənirəm, amma indi komandaya kömək etmək və uğur qazanmaq üçün buradayam. Burada Avropada etdiyimdən iki dəfə çox əlimdən gələni edəcəyəm və bu gözəl klubda uğur qazanmaq üçün çox çalışacağam”, - Ronaldo vurğulayıb.

Qeyd edək ki, Ronaldo 2023-cü ilin əvvəlindən “Əl Nəsr”də çıxış edir.