“Bunu sübut etməyən şərəfsiz oğlu şərəfsizdir” - Akşener

bunu-subut-etmeyen-serefsiz-oglu-serefsizdir
Oxunma sayı: 19246

"Bunu sübut edə bilməyən şərəfsiz oğlu şərəfsizdir. Hətta sübut olunarsa, siyasətdən tamamilə getməyə hazıram".

“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin İYİ Partiya sədri Meral Akşener ailəsi ilə bağlı iddialara cavab verərkən deyib.

O bildirib ki, haqqında səsləndirilən heç bir ittihamın əsası yoxdur:

“Buradan verilən suallara sonuncu dəfə cavab verirəm. Oğlum, gəlinim, qardaşım oğlanları, həyat yoldaşım, uşaqlıq dostlarım, yəni heç bir qohumumun ölkənin heç bir bələdiyyəsi ilə əlaqəsi yoxdur. Nə AK Partiya bələdiyyəsi ilə, nə CHP bələdiyyələri ilə, nə də başqaları ilə. Deyilən ittihamlar sübut olunarsa, ümumiyyətlə, siyasətdən gedəcəm”.