Buraxılış imtahanlarında bir şagird maksimum bal toplayıb

buraxilis-imtahanlarinda-bir-sagird-maksimum-bal-toplayib
Oxunma sayı: 3212

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 26491 nəfərdən 376 nəfər imtahana gəlməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİM-in yaydığı məlumatda deyilir.

Bildirilib ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün yeddi nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında bir nəfər – Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal olan 300 bal toplayıb. Həmin şagird iki il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.

Qeyd edək ki, 22-23 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin bayramdan sonrakı həftə ərzində elan olunması nəzərdə tutulur.