Bütün Fransa Nobeli alan yazıçını axtarır - - Yenilənib

butun-fransa-nobeli-alan-yazicini-axtarir-
Oxunma sayı: 1673


“Qafqazinfo” xəbər verir ki, İsveç Kral Akademiyası fransalı yazıçı Patrik Modiananın adını açıqlayıb. İsveç Akademiyasının daimi katibi Nobeli alan yazıçı ilə bağlı “O, Fransada məşhurdur, lakin başqa heç bir yerdə...” sözlərini işlədib.

Qeyd edək ki, mükafatın dəyəri 1 milyon dollardır

2014-cü il Nobel Ədəbiyyat Mükafatını Fili Rot, Ngugi va Thionqo və Haruki Murakami kimi tanınmış yazarların alacağı ehtimal edilirdi. 

Xatırladaq ki, 2013-cü il Nobel mükafatının qalibi Alisia Munro olmuşdu.

***

İsveç Akademiyası Nobel Mükafatının qalibi Patrik Modiano ilə əlaqə saxlaya bilmir. Akademiya rəhbərliyi şad xəbəri vermək üçün yazıçı ilə əlaqə saxlamağa çalışsa da nəticəsiz qalıb. Bununla yanaşı, mükafatın builki qalibindən ilk müsahibə almaq istəyən KİV-lərin də cəhdləri uğursuzluqla nəticələnib.