Buzlaqların əriməsinin təhlükəsi aşkarlandı

buzlaqlarin-erimesinin-tehlukesi-askarlandi
Oxunma sayı: 183

“Buzlaqların əriməsi atmosferə böyük miqdarda metan və karbon qazının sızmasına səbəb olur ki, bu da qlobal iqlim üçün ciddi təhlükə yaradır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə fizika-riyaziyyat elmləri namizədi Konstantin Qribanov xəbərdarlıq edib.

Mütəxəssis bildirib ki, buzlaqlar əriyərkən atmosferə təkcə metan deyil, həm də karbon qazı atılır və məhz karbon qazı daha böyük təhlükə mənbəyidir:

“Metan atmosferdə parçalanaraq azalır və hündürlük artdıqca onun sıxlığı düşür. Karbon qazında isə bu proses baş vermir, o, atmosferdə dəyişməz qalır və yalnız yer səthində udulur. Bu baxımdan hesab edirəm ki, karbon qazı metandan daha təhlükəlidir və bizi daha tez məhv edəcək”.