Çadda prezident sarayına silahlı hücum - Şəhərə tanklar yeridildi

cadda-prezident-sarayina-silahli-hucum
Oxunma sayı: 2580

Çadın paytaxtı Ndjamenada prezident iqamətgahına silahlı basqın təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Məlumata görə, hücumda bir neçə hərbi maşın karvanı da iqamətgaha doğru hərəkət edib.

AFP-nin məlumatına görə isə təhlükəsizliklə bağlı prezident iqamətgahına aparan bütün yollar bağlanıb.

Paytaxt küçələrinə tanklar yeridilib.