Cəlilabadda mikroavtobus avtomobillə toqquşub - Yaralılar var+Foto

celilabadda-mikroavtobus-avtomobille-toqqusub
Oxunma sayı: 1572

Cəlilabadda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki,  rayonun Uzuntəpə kəndi ərazisində Niyaməddin Xubalıyevin idarə etdiyi "Vaz 2107" markalı avtomobili hərəkətdə olarkən əks-istiqamətdə hərəkət edən, Heydərov Şəmşir Yusif oğluna məxsus mikroavtobusla toqquşub.

Qəza nəticəsində Vaz 2107 markalı avtomobilin sürücüsü və avtomobildə olan 2 sərnişin ağır bədən xəsarətləri alaraq Cəlilabad MRX-a çatdırılb.

Hadisə şahidlərinin sözlərinə görə, hadisə "Vaz 2107" markalı avtomobilin sürücüsünün döngədə sürət həddini düzgün seçməməsi səbəbindən baş verib.

Faktla bağlı rayon Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır.

Surxay Şahbazov