Cəlilabadın 3 kəndi işıqsız qalacaq

celilabadin-3-kendi-isiqsiz-qalacaq
Oxunma sayı: 712

Sabah Cəlilabad rayonunun 3 kəndində elektrik enerjisinin verilişi dayandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Cəlilabad Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Qeyd olunur ki, noyabrın 20-də saat 10:00-dan 13:00-dək 110 kV-luq hava elektrik verilişi xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Cəlilabad rayonunun 3 yaşayış məntəqəsinin (Alar, Günəşli və Sabirabad kəndi) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.