Dünyaca məşhur müğənni Mark Entoni ilə model həyat yoldaşı Nadiya Ferreyranın ikinci övladları olub.
“Qafqazinfo” xəbər verir ki, Mark Entoni və Nadiya Ferreyra bu xəbəri instaqramda birgə paylaşdıqları foto ilə açıqlayıblar.
Bildirilib ki, cütlüyün Mila adını verdikləri qız övladı dünyaya gəlib.
Məlumata görə, Milanın doğulması ilə Mark Entoni ümumilikdə səkkizinci dəfə ata olub.
Qeyd edək ki, Mark Entoni və Nadiya Ferreyra 2023-cü ilin yanvarında Mayamidə ailə qurublar. Cütlüyün 2023-cü ilin iyununda dünyaya gələn Marko adlı bir oğulları da var.
Xatırladaq ki, Mark Entoni 2004-2014-cü illərdə dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopezlə evli olub.
Cütlüyün bu evlilikdən Emme və Maksimilian adlı əkiz övladları var.
Son xəbərlər
Son Xəbərlər