Çexiya Prezidenti xəstəxanaya yerləşdirildi

cexiya-prezidenti-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1319

Çexiya Prezidenti Miloş Zeman Praqada Mərkəzi Hərbi Hospitala yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CNN Prime News” xəstəxananın mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Prezident Miloş Zeman ilə Baş nazir Andrey Babiş arasındakı görüşdən qısa müddət sonra, Mərkəzi Hərbi Hospitaldan gələn bir təcili yardım maşını, prezident maşını ilə birlikdə prezidentin iqamətgahından çıxdı", - deyə telekanal bildirir.

Qeyd edək ki, daha əvvəl KİV-də Zemanın səhhətinin pisləşməsi ilə bağlı xəbərlər yayılmışdı.