Çexiyanın paytaxtı Praqada cinayət dünyası haqqında çəkilən kəskin süjetli filmin çəkilişi zamanı baş vermiş partlayış nəticəsində çəkiliş qrupunun üç üzvü xəsarət alıb.
Bu barədə “Qafqazinfo” Çexiya radiosuna istinadən xəbər verir.
Onun məlumatına görə, xəsarət alanların çəkiliş üçün hazırladıqları dekorasiya elementlərinin birində naməlum kimyəvi maddə partlayıb. Partlayışın əməkdaşların diqqətsizliyi üzündən baş verdiyi güman edilir.
Xəsarət alanlar ciddi yaralarla hospitalizə edilib. Onlardan birinin ayaqları amputasiya olunub. Polis baş verən hadisənin təfərrüatlarını hələlik açıqlamır.
Son xəbərlər
Son Xəbərlər