“Charlie Hebdo”nun keçmiş binasında bıçaqlı hücum - 4 yaralı

charlie-hebdonun-kecmis-binasinda-bicaqli-hucum
Oxunma sayı: 763

Parisdə naməlum şəxs satirik jurnal “Charlie Hebdo”nun keçmiş ofisinin qarşısında soyuq silahla insanlara hücum edib.

“Qafqazinfo” “BFMTV” informasiya agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Təcavüzkarın hadisə yerindən qaçdığı bildirilib.

Fövqəladə vəziyyət haqqında məlumatı ölkənin Baş Naziri Jan Kasteks təsdiqləyib.

Xatırladaq ki, 2015-ci ilin yanvarında “Charlie Hebdo” jurnalında İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin karikaturasının yayımlanmasından bir neçə saat sonra silahlı şəxslər nəşrin ofisinə hücum etmişdilər. Nəticədə 12 nəfər həlak olmuş, 11 nəfər isə yaralanmışdı. Hadisədən sonra redaksiya ofisini başqa ünvana köçürmüşdü.