Çimərliklərlə bağlı göstərişlər təsdiqləndi

Çimərliklərlə bağlı göstərişlər təsdiqləndi
Oxunma sayı: 6917

Çimərlik və su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat yayımlanıb. Bildirilir ki, sənəd çimərliklər, üzgüçülük hovuzları və akvaparklarda əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.  

Belə ki, üzgüçülük hovuzları və akvaparkların girişlərində termometriya təmin edilməlidir; 

Simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalıdır; 

Fiziki məsafənin qorunması məqsədilə təmin edilir: çətirlərin oxlarının arasında minimal məsafə 4 m; insanlar arası fiziki məsafə 2m (ailə üzvləri istisna olmaqla); 

 Mümkün olan ərazilərdə, döşəmədə işarələrin yerləşdirilməsi. 

Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması, dezinfeksiyanın tezliyinin artırılması;

Hovuzlarda suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanması; 

Vətəndaşların təmasda olduğu əşya və səthlərin mütəmadi dezinfeksiya edilməsi; 

Təmizlik vasitələri və dezinfeksiyaedici maddələrin fasiləsiz təmin edilməsi; • Hovuz və akvaparkların ərazilərinin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin edilməsi; 

Hovuz və akvaparkların əməkdaşlarının yetərli sayda tibbi maska və əlcəklərlə (su ilə təmasda olmayan zəruri sahələrdə) təmin olunması.

Şərtlərlə daha ətraflı bu linkə daxil olaraq tanış ola bilərsiniz.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi