Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar

dunenden-beri-bakida-41-agac-sinib
Oxunma sayı: 712

Dünəndən əsən güclü külək nəticəsində 41 ağac sınıb, 64 ağacın budaqları qopub.

Bu barədə “Qafqazinfo”ya Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsindən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar gecə ərzində birliyin briqadaları sınan ağacların götürülməsi və ərazilərin təmizlənməsi ilə məşğul olublar.

Hazırda işlər davam edir.