Trampın adı 14 gün ərzində silinməlidir - Məhkəmə qərar verdi

trampin-adi-14-gun-erzinde-silinmelidir
Oxunma sayı: 724

ABŞ-də federal məhkəmə Vaşinqtondakı Kennedi Mədəniyyət Mərkəzi ilə bağlı diqqətçəkən qərar qəbul edib.

“Qafqazinfo”nun xəbərinə görə, federal hakim Kristofer Kuper mərkəzin adının qanunsuz olaraq dəyişdirildiyinə qərar verərək, binaya əlavə olunan ABŞ Prezidenti Donald Trampın adının 14 gün ərzində götürülməsini tələb edib.

Məhkəmə qərarında bildirilib ki, sui-qəsd nəticəsində öldürülən keçmiş ABŞ Prezidenti Con Fitscerald Kennedinin adını daşıyan mədəniyyət mərkəzinin adının dəyişdirilməsi səlahiyyəti yalnız ABŞ Konqresinə məxsusdur.

Qərara reaksiya verən Donald Tramp sosial media hesabında paylaşım edərək mərkəzlə əlaqələrini kəsdiyini açıqlayıb: “Əllərimi bağlasanız, bu ölməkdə olan qurumla heç bir əlaqəm olmayacaq”.

O, mərkəzin idarəçiliyinin tam şəkildə Konqresə verilməsini dəstəklədiyini qeyd edib.