Türkiyənin İzmir şəhərində parkdakı attraksionlardan birində nasazlıq yaranıb.
“Qafqazinfo” xəbər verir ki, hərəkətdə olan attraksion qəflətən dayanıb.
Bu səbəbdən attraksiondakı şəxslər metrlərlə hündürlükdə, başıaşağı vəziyyətdə havadan asılı qalıblar.
Operativ müdaxilədən sonra nasazlıq aradan qaldırılıb və köməksiz vəziyyətdə qalan şəxslər təhlükəsiz şəkildə yerə endirilib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Son xəbərlər
Son Xəbərlər