Çin lisenziyasız xəbərlərə qarşı mübarizə başladır

cin-lisenziyasiz-xeberlere-qarsi-mubarize-basladir
Oxunma sayı: 632

Çində lisenziyasız xəbərlərin və müsahibələrin dərc edilməsinin qarşısını almağa yönəlmiş kampaniya başladılıb. 

“Qafqazinfo” Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən xəbər verir ki, burada məqsəd xəbər sahəsində qaydalara nəzarəti təmin etməkdir. 

“Təmiz paytaxt - təmiz mənbələr, həqiqi səs” adlı bir aylıq xüsusi kampaniya Pekinin Kiberməkanlarla bağlı işlər üzrə idarəsi tərəfindən həyata keçiriləcək. 

Bildirilir ki, kampaniya informasiya xidmətlərinin qanunsuz fəaliyyətlərinin yaratdığı xaosu aradan qaldırmaq məqsədi daşıyır. Qeyd olunan pozuntulara həmçinin şişirdilmiş başlıqlardan istifadə, məlumatların təhrif edilməsi və kontekstdən çıxarılma da daxildir.