Çində zəlzələ oldu

cinde-zelzele-oldu
Oxunma sayı: 1668

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 102 min nəfərin yaşadığı Çinin Kuça qraflığından 58 km şimal-qərbdə, 24 km dərinlikdə yerləşir.

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.