Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiqləyib.
Qeyd edək ki, Saziş 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.
Çin hökumətinin də yaxın günlərdə Sazişi ratifikasiya edəcəyi bildirilir. Bununla da hər iki ölkə arasında vizasız gediş-gəliş mümkün olacaq.