“Çoxsaylı itkilərimiz var” - Ermənistan Müdafiə Nazirliyi

coxsayli-itkilerimiz-var
Oxunma sayı: 17162

 Ermənistan Müdafiə Nazirliyi yeni itkilərin olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə işğalçı Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan brifinqdə bildirib. 

“Çoxsaylı itkilərimiz var. Məlumat veriləcək”, - deyə o, qeyd edib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi düşmən qruplaşmasının mühasirəyə alındığı barədə məlumat yayıb: “Cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilir”.