Dağıstanda 60 yaşlı sürücü yuxuladı, 7 nəfər öldü - Foto

dagistanda-60-yasli-surucu-yuxuladi-7-nefer-oldu
Oxunma sayı: 1517

Dağıstanın Noqay rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib, daha 5 nəfər hospitalizə edilib.

Məlumata görə, bu gün yerli vaxtla 02:30 radələrində Koçubey-Neftekumsk-Mineralnıye Vodı avtoyolunun 30-cu kilometrliyində “Qazel” markalı sərnişin avtobusunu idarə edən Dagestanskiye Oqni şəhərinin 60 yaşlı sakini sükan arxasında yuxulayıb, qarşı hərəkət zolağına çıxıb və yük avtomobili ilə toqquşub.

Qeyd olunur ki, zərərçəkmişlərin hamısı Stavropola toya gedən qohumlardır.