Daha 2 erməni hərbçinin meyiti tapıldı

daha-2-ermeni-herbcinin-meyiti-tapildi
Oxunma sayı: 935

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 2 erməni hərbçinin meyiti tapılıb.

“Qafqazinfo” “armeniasputnik”ə istinadən xəbər verir ki, cəsədlər Füzulidə aşkarlanıb. Onların şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 367-yə yüksəlib.

Hazırda axtarış işlərinin Rusiya sülhməramlı kontingentində heyət dəyişikliyi səbəbindən dayandırıldığı bildirilib.