Dənizdə 2 qadın boğuldu

denizde-2-qadin-boguldu
Oxunma sayı: 2045

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.

Bununla bağlı “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1977-ci il təvəllüdlü Ziyafət Kamal qızı Qurbanovanın və 1986-cı il təvəllüdlü Nurlana Muradxan qızı Məmmədovanın meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.