Füzuli rayonunda minik avtomobili ağaca çırpılıb.
“Qafqazinfo” xəbər verir ki, “Hyundai” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı şam ağacına çırpılıb.
Qəza zamanı avtomobilin sürücüsü və 2 sərnişini xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən bildirilib ki, Füzuli rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2 kişi, 2 qadın) 09.08.2026-cı il tarixində saat 19:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara sol bud sümüyünün boyun nahiyəsinin və sirkə kasasının, digər pasiyentlərə isə sol körpücük sümüyünün, sol dirsək sümüyünün distal hissəsinin və sol said sümüklərinin sınığı diaqnozları təyin olunub.
1967, 1982 və 1973-cü il təvəllüdlü şəxslər ixtisaslı tibbi yardımın göstərilməsi üçün Yeni Klinikaya, 2018-ci il təvəllüdlü şəxs isə Səhiyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.
Ziya Əmirxanlı

Son xəbərlər
Son Xəbərlər