“Odissey”dən daha bir rekord - 1 milyardı keçdi

odisseyden-daha-bir-rekord
Oxunma sayı: 806

“Odissey” filmi 1,1 milyard dollar (təxminən 1 milyard 870 milyon AZN) kassa yığımı ilə tanınmış rejissor Kristofer Nolanın ən çox gəlir gətirən layihəsinə çevrilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb. 

Bununla da, “Odissey” 1,085 milyard dollar (təxminən 1 milyard 844 milyon AZN) kassa yığımı ilə Nolanın filmləri arasında əvvəlki lider olan “Qara cəngavər: Əfsanənin yüksəlişi” (2012) filmini geridə qoyub. 

“Odissey” həmçinin “R” reytinqli filmlər arasında kassa yığımlarına görə ikinci yerdədir və bu baxımdan yalnız “Deadpool & Wolverine” filmindən (1,33 milyard dollar/təxminən 2 milyard 260 milyon AZN) geri qalır. 

Qeyd edək ki, Nolanın əvvəlki filmi “Oppenheimer”in kassa yığımları 975,8 milyon dollar (təxminən 1 milyard 658 milyon AZN) təşkil edib. Film yeddi “Oskar” mükafatına layiq görülüb. Bununla da, rejissorun filmlərinin ümumi kassa yığımları 7 milyard dolları (təxminən 11 milyard 898 milyon AZN) keçib.