Laçında yaralanan digər hərbçimiz də vəfat etdi - Yenilənib

lacinda-yaralanan-diger-herbcimiz-de-vefat-etdi
Oxunma sayı: 15247

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Xəbəri rus dilində oxuyun: “Нужно найти их покровителей и приговорить к строжайшему наказанию”

Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, avqustun 5-i Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

Faktı Müdafiə Nazirliyindən təsdiqləyiblər.

***

Qeyd edək ki, hər iki əsgərimiz xidməti döyüş tapşırığını yerinə yetirərkən həlak olduqlarına görə şəhid statusu veriləcək.