Daha bir həmyerlimiz Rusiya-Ukrayna müharibəsində həlak oldu

daha-bir-hemyerlimiz-rusiya-ukrayna-muharibesinde-helak-oldu
Oxunma sayı: 4480

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilir ki, Qostomel qəsəbəsində yaşayan Orucov Əfqan Hümbət oğlu avqustun 19-da Sumi vilayətində döyüş zamanı həyatını itirib.

Məlumata görə, o, ərazi müdafiə taborunun pilotsuz uçuş aparatlarının idarəsi üzrə bölməsində xidmət edib.