Əslən Cəlilabad rayonundan olan itkin şəhidin nəşinin qalıqları tapılıb.
“Qafqazinfo” xəbər verir ki, Cəlilabad sakini, şəhid Quliyev Mahir Abuzər oğlunun nəşinin qalıqları müəyyən edilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq prosedurlar həyata keçirilir. Şəhidin nəşinin qalıqlarının dəfn mərasiminin doğma rayonunda — 19 fevral tarixində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 1958-ci ildə Cəlilabadda anadan olan Mahir Quliyev könüllü olaraq döyüşlərə qatılıb. İki qızı və bir oğlu olan şəhid 1992-ci ilin 15 iyununda Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
Surxay Şahbazov

Son xəbərlər
Son Xəbərlər